Media

Yaxşı media kampaniyası vasitəsilə gəlirlərinizi artırmaq istəyirsiniz? Bizə bir brif göndərməniz yetər ki, aşağıdakı xidmətləri sizə yüksək səviyyədə göstərək:

  • Mediaplanlaşdırma
  • Media research
  • Rəqib analizi
  • OOH,digital, radio, mətbuatda media satınalmalar və reklama xərclənən pulların optimizasiyası

Nəzərə aldığımız faktorlar

  • Reach – reklamın kontaktda olduğu unikal fərdlərin sayı
  • Frequency – tezlik, hər reklam mesajının bir fərdə neçə dəfə göstərilməsi.
  • Affinity – Sizin uşaq bezi reklamını telekanalda bütün sosial-demoqrafik qrupa aid insanlar (qocalar, kişilər,uşaqlar, kənd əhalisi və s.) görə bilər, lakin onların arasında hansı insanların məhz məqsədli hədəf auditoriyası (18-35 yaşlı, uşağı olan yaxud hamilə qadınlar) olmasını affinitivlik özündə əks etdirir.media terms
  • Cost per thousand – Hər 1000 insana reklamın çatdırılmasının qiyməti. CPT (digital məcrada buna bəzən CPM -cost per mille də deyirlər) reklamın effektivliyinin ölçülməsi üçün ən geniş istifadə olunan göstəricidir,qısaca Sİ-Pİ-Tİ tələffüz olunur.
  • Cost per point – TV-yerləşdirmədə 1 punkt reytinqi əldə etmək üçün sərf olunan qiymət. Qısaca ona CPP (Si-Pi-Pi) deyirlər.
  • CPC (cost per click) – bir klikin qiyməti. İnternet-reklamda geniş istifadə olunan bu indikator vasitəsilə CPC-nin daha ucuz olduğu kanalın əldə olunmasına çalışılır.
  • CPA (cost per action) – daha mütərəqqi və çətin hesablanan bir metoddur. Bu zaman bir alışın (konversiyanın, saytda təklif olunan hansısa bir məqsədli aksiyanın) qiyməti hesablanır. Nümunə: müştərinin saytında bir qeydiyyatdan keçmiş istifadəçinin xərci, internet-mağazada satılmış hər məhsula görə çəkilmiş reklamın xərci və s.Bəzən cost per acquisition (CPA), cost per lead (CPL) də sinonim kimi işlənir.. Azərbaycan saytları arasında ilk CPA modelini tətbiq edənlərdən biri də DOFAMİN şirkətidir.