Azərbaycanda illik həcmi (gross) 70 milyon dollara çatan TV reklam bazarında effektiv yerləşmə etmək nədərəcədə düzgündür?
Televizor reklamının üstün tərəfləri:
- Ortalama hər evdə gündə 6 saat həftədə 45 saat televizor açıq qalır.
- Daha təsirli və unudulmaz təsirə malikdir. Görüntü, səs, hərəkət və rənglərdən istifadə olunması reklamı daha güclü,daha yadda qalan edir.
- 1000 nəfərə düşən reklamın qiyməti (cost per thousand) başqa medialara nisbətən aşağıdır.
- Monitorinq mövcuddur:AGB Nielsen TMR AZ vasitəsilə Azərbaycanda bütün əsas telekanalların reytinqləri ölçülür.Producer, brend, GRP,affinity və s. göstəricilərin monitorinqi reklam strategiyasının hazırlanmasını və analizini asanlaşdırır.
TV reklamlarının zəif tərəfləri:
- Klatter (clutter) çoxdur, 5 dəqiqəlik fasilə zamanı saysız reklam hücumlarına məruz qalan seyrçinin yaddaşında reklamların çoxu qalmır.
- Normal reklam kampaniyası üçün kifayət qədər böyük büdcə (orta hesabla 20000-45000 AZN) tələb olunur.
- Monitorinqin keyfiyyəti o qədər də yaxşı deyil. Piplmetrlər (peoplemeter) regionlarda azdır, onlar əsasən Bakı və Gəncədə qoyulub. Əslində isə yerli kanallara əsasən regionlarda daha çox baxırlar.
TV reklam getdikcə öz yerini online video-saytlara verir. Bir vaxtlar telekanalda aparıcılıq edənlər, prodakşn (production) firmaları indi digital məcraya yönlənir.
Lakin, TV reklamları bir çox kateqoriyalar (farma,FMCG) üçün hələ də ən effektiv medium rolunu oynayır.Yuyucu tozu yaxud kofeni reklam etmək üçün televiziya əvəzedilməzdir.
Reklam kampaniyasından yaxşı effekt əldə etmək üçün maraqlı kreativ, müştəriyə uyğun proqram seçimi, düzgün mediaplanninq lazımdır.
Uğurlu reklam kampaniyası keçirmək üçün konsultasiyaya ehtiyacınız varsa, bizə müraciət edin.