Reklamda ən çox istifadə olunanlar
Effektiv reklam və satışı artırmaq üçün trigger-sözlər var ki, insanları cəlb edir, onları reklamın mesajını daha yaxşı mənimsəməyə kömək edir. Lakin bu sözlər o qədər çoxistifadə olunur ki, bəzən klişe kimi bezdirir.
Beləliklə, reklamlarda ən çox istifadə olunan sözlər:
- Qənaətli
Hamı öz puluna və vaxtına qənaət etmək istəyir, ona görə də promo-kampaniyaların əksəriyyətində bu sözdən istifadə olunur. - Yeni
Son vaxtlar innovativ sözü də onunla bərabər çox işlənir. - Etibarlı
“Sizin etibarlı bankınız”, “avtomobil alarkən etibarlı seçim” – stereotip ifadələr. - Təhlükəsiz
istifadə üçün tam təhlükəsizdir. - Zəmanət
Qarantiya, zamin durmaq, zəmanətli məhsullar – xüsusən də elektron əşyaların reklamında geniş istifadə olunur.
DOFAMİN olaraq biz standart, şablon ifadələrdən uzaq qaçır, daha fərqli sözlərlə insanların beyninə yol tapmağa çalışırıq.