Ən yaxşı digital reklam kampaniyası qurmaq üçün nə etməli? Effektiv internet reklam mediaplanında hansı məqamlara diqqət yetirməli? Hədəf auditoriyasını (target audience) hansı Azərbaycan saytında tapmalı?
Bu sualları özlərinə bir çox insanlar verir və əksəriyyəti buna cavab tapa bilmir:-)
Gəlin bəzi faktlara baxaq:
- Azərbaycanda internet-reklam bazarının illik həcmi təxminən 5-7 milyon manat arası təşkil edir.
- Ən çox istifadə olunan reklam kanalları SMM, flash-banner və rich-media reklamlarıdır.
- Sektorda ən böyük reklamverənlər maliyyə (banklar), avtomobil, pərakəndə satış (online saytı olan retail firmaları) və mobil operatorlardır.
- Adi standard animasiya banneri üçün CPM>30 AZN olan xəbər saytında reklam büdcəsi xərcləyən marketinq menecerləri var.
- Əsas büdcələr Facebook, Google (həm axtarış reklamı, həm də GDN vasitəsilə display advertising), yerli xəbər saytları, Mail.ru və Odnoklassniki.ru portallarında xərclənir.
- Azərbaycanda effektiv digital-reklam verən firmaların sayı 20-ni keçmir. Bəli, bəli!
- Reklamın büdcəsinə (media) və kreativə az-çox pul ayrılsa da, analitika və araşdırmaya (research) diqqət yetirilmir.
- Ucuz klik, aşağı CPC heç də effektiv reklam demək deyil – bir çox biznes nümayəndələri bunu başa düşmür.
Azərbaycanda həm saytlar (media), həm reklamverənlər, həm reklam agentlikləri arasında konfliktlərin olması aşağıdakı vəziyyətin yaranmasına səbəb olur:
Azərbaycanda online marketinqin inkişaf etməsinə mane olan əsas faktorlar aşağıdakılardır:
- keyfiyyətli kontenti və servisi olan yerli saytların azlığı
- internet reklamın əsasən tanışlıq, subyektiv yanaşma,tapşırıq və s. amillərin təsiri altında yalnız müəyyən saytlarda verilməsi
- reklamverənlərin (söhbət qərar verən brend-menecer, şirkət sahibi, mediaplaner, marketinq direktor və s. gedir) əksəriyyətinin bu sahədə biliklərinin az olması
- bazarda koordinasiya və standartlaşdırmaya nəzarət edən qurumun olmaması
- reklam büdcələrinin azlığı
- kreativ, sosial media, veb-development və s. xidmətlərin qiymətinin normadan fərqli olması
- müasir texnologiyaların və reklam alətlərinin bazara gəlməməsi/məhdud istifadəsi
Müxtəlif çətinliklərə baxmayaraq Azərbaycanda effektiv, parlaq reklam kampaniyaları keçirməyə qadir olan reklam agentlikləri var. Onların arasında öz dəsti-xətti ilə seçilən DOFAMİN analitika, kontekst reklam, SMM, mediaplaninq, konversiya ölçümü və s. sahələrdə yüksək səviyyəli xidmət verir.
Related Posts
Google Adwords in Azerbaijan
Google AdWords is an auction-‐based advertising system that allows you to bid for ad placements on Google Search and Google Display Network. You can bid on a cost-‐per‐click (CPC) or...