Ucuz, maraqlı və satışı artıran. Çox adam reklam yerləşdirmək istəyəndə bu 3 məqama baxır. Amma bizim agentliyimiz bu işə daha dərindən yanaşır.
Reklam kommunikasiyasının ən sadə, primitiv mexanikasını aşağıdakı kimi göstərmək olar:
Əvvəla, reklamın özü necə olmalıdır?
- doğru. Əgər sərfəli qiymətə mobil telefon reklam edirsinizsə,o doğurdan da sadə insanın cibinə uyğun olmalı, telefonun qiyməti 500 AZN olmamalıdır.
- asan başa düşülən. Kaşemir ekstraktı yaxud jojoba ağacından hazırlanan şampunun reklamını TV-də dəfələrlə eşitmişik. Lakin onun nə olduğunu əhalinin 99%-i bilmir. İçində abbreviatura, 7 elementdən çox hissəsi olan, əcnəbi dildə, əhalinin çox hissəsinin başa düşmədiyi reklam effektiv deyil.
- normalara cavab verən. Seksual flash-banner, içində vulqar söz olan sloqan, mentalitetə meydan oxuyan reklam yazısını istisna hallarda istifadə etmək olar. Lakin, təhqiredici, insanların milli/irqi/dini heysiyyatına toxunan, böhtan atan reklam heç bir halda yolverilməzdir.
- hədəf auditoriyasına uyğun. İllik gəliri milyonlarla ölçülən adama fast-food reklamını göstərmək effektiv deyil.
- Qeyri-adi, cəlbedici. Stereotipləri qıran, insanı təəccübləndirən reklam mesajı daha yaxşı nəticə göstərir.
İndi keçək əsas məsələyə. Satışı artırmağa yönəlik reklamın media-daşıyıcılarda yerləşdirilməsində hansı məqamlara diqqət yetirməli?
- Relevant media. Digital,radio, TV, mətbuat (press), indoor və s. məcralardan hansı uyğundur?
- Dəqiq. Mediaplan əsasında, dəqiq başlanğıc və son tarixi olan, əvvəlcədən bütün texniki tələbləri fiksə olunmuş, qrafiklə çıxan reklam həm reklamverən, həm media, həm də agentlik üçün rahatdır.
- Düzgün. İçində qrammatik səhvlər olan reklam nə qədər maraqlı, cəlbedici olsa da, insanlarda etibarsızlıq yaradır.
- Xərc optimizasiyası (cost-optimization). Media büdcəsini düzgün planlaşdırmaq effektiv reklam kampaniyasının əsas sütunlarından biridir. CPT, CPC, CPL, CPP, CPS (cost per average sale) nə qədər ucuz olsa, o qədər yaxşıdır.
– Bir saytda 100% traffik üçün 1000 AZN vermək daha sərfəlidir yoxsa 50% traffik üçün 550 AZN?
– TV-də mobil zəng tarifinin prime-time zamanı +25% artıq qiymətə CPP=40 AZN ilə reklam sərfəlidir yoxsa off prime-time zamanı CPP=32 AZN? - Ölçülə bilən. Reklamın effektivliyini maksimum dərəcədə ölçmək lazımdır. Bannerin neçə dəfə göründüyünü bilirsinizsə klik sayını, klik sayını ölçə bilirsinizsə sayta visit sayını, vizitləri ölçə bilirsinizsə konversiyanı, konversiyanı ölçə bilirsinizsə LTV-ni hesablamağa çalışın.
- Satışı artıran. Ən vacib faktorlardan biri,bəlkə də birincisi: reklam kampaniyasından sonrakı satış (mənfəət, ümumi dövriyyə, müştəri sayı və s.) əvvəlkindən daha çox olmalı və öz xərclərini ödəməlidir.